...

Açıq Bakı Kriterium başa çatdı (FOTO)

İdman Materials 27 Oktyabr 2014 16:51 (UTC +04:00)
Azərbaycan Velosiped İdmanı Federasiyasının 2014-cü ilin təqvim-planına əsasən Veloparkda keçirilən Açıq Bakı Kriterium yarışına yekun vurulub.
Açıq Bakı Kriterium başa çatdı (FOTO)

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

Azərbaycan Velosiped İdmanı Federasiyasının 2014-cü ilin təqvim-planına əsasən Veloparkda keçirilən Açıq Bakı Kriterium yarışına yekun vurulub. Bununla da 3 mərhələnin yekununa əsasən yarışın qalibləri müəyyənləşib.

Federasiyadan Trend-ə verilən məlumata görə, sonuncu - 3-cü mərhələdə mübarizə daha gərgin alınıb. 15 yaşadək yeniyetmələr arasında İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin təmsilçisi İvan Orlov bütün rəqiblərindən daha yaxşı çıxış edib. U-17 yaş qrupunda isə 8 saylı İdman Olimpiya Mərkəzinin velosipedçisi Mikayıl Səfərli ən yüksək nəticə göstərib. Gənclər, U-23 və Elit yaş qrupunda isə "Synergy Baku" komandasının üzvü Aqşin İsmayılov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

3 mərhələnin yekununa əsasən, U-15 yaş kateqoriyasında İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin nümayəndəsi Qadir Mustafayev Açıq Bakı Kriterium yarışının qalibi olub. Həm 17 yaşlılar, həm də gənclər, U-23 və Elit yaş qrupunda isə 8 saylı İdman Olimpiya Mərkəzinin üzvləri Mikayıl Səfərli ilə Elgün Əlizadə birincilik qazanıblar.

Qaliblər Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti