...

Azərbaycan çaparı beynəlxalq turnirin ikinci mərhələsini də uğurla keçdi

İdman Materials 7 Fevral 2015 14:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 fevral /Trend/

İspaniyada təşkil olunmuş Oliva Nova beynəlxalq turnirinin ikinci mərhələsini keçərək maksimal 50 xaldan 40-nı toplayan Azəraycan çaparı Camal Rəhimov yarışın növbəti mərhələsinə adlayıb. Bu barədə Trend-ə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

C.Rəhimov turnirin ikinci həftəsində Ranking Classda 3-cü yeri tutub.

İspaniyada təşkil olunan turnir 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Olimpiya Oyunlarında iştirak üçün xal qazandır. Qarşıda çaparımızı yarışın növbəti 10 mərhələsi gözləyir.

Qeyd edək ki, iki turun nəticəsi olaraq Camal Rəhimovun hesabında 90 xal var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti