...

FİFA prezidentliyinə namizədlər açıqlandı

İdman Materials 10 Fevral 2015 10:52 (UTC +04:00)
FİFA qurumun mayın 29-da nəzərdə tutulan prezident seçkisində dörd namizədin seçilmək hüququna malik olduğunu rəsmən elan edib.
FİFA prezidentliyinə namizədlər açıqlandı

Azərbaycan, Bakı, 10 fevral /Trend/

FİFA qurumun mayın 29-da nəzərdə tutulan prezident seçkisində dörd namizədin seçilmək hüququna malik olduğunu rəsmən elan edib.

Trend-in FİFA-nın saytına istinadən yaydığı xəbərə görə, Hollandiya Futbol Federasiyasının sədri Maykl van Praaqın, Portuqaliya millisinin və "Real"ın sabiq futbolçusu Luiş Fiqunun, İordaniya şahzadəsi Əli bin Əl-Hüsseynin və hazırkı prezident Yozef Blatterin namizədliyinin qeydə alındığı bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti