...

Qətər mundialı nə vaxt keçiriləcək?

İdman Materials 19 Fevral 2015 14:38 (UTC +04:00)
2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı noyabr və dekabr aylarında keçiriləcək.
Qətər mundialı nə vaxt keçiriləcək?

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir Məftun Salmanov/

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı noyabr və dekabr aylarında təşkil olunacaq. Bu barədə Trend "Sport İllustrated"-ə istinadən məlumat verir.

Gələn həftə Qətərin paytaxtı Dohada FIFA-nın işçi qrupu toplaşacaq. İşçi qrup mundialın keçirilmə tarixi ilə bağlı tövsiyələrini verəcək.

Turnirin bu ölkədə payız mövsümündə keçirilməsi Qətərdə iyun ayında havanın temperaturunun 40 dərəcə istini keçməsi ilə əlaqədardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti