...

Suarez "Mançester Siti"yə qalib gəldi (VİDEO)

İdman Materials 25 Fevral 2015 05:12 (UTC +04:00)
Fevralın 24-də UEFA Çempionlar Liqasının 1/8 finalı çərçivəsində keçirilmiş "Mançester Siti" - "Barselona" oyununda Luis Suarez rəsmləşdirdiyi dubl ilə ispan klubuna 2:1 hesablı qələbə qazandırdı
Suarez "Mançester Siti"yə  qalib gəldi (VİDEO)

Azərbaycan, Bakı, 25 fevral /Trend/

Fevralın 24-də UEFA Çempionlar Liqasının 1/8 finalı çərçivəsində keçirilmiş "Mançester Siti" - "Barselona" oyununda Luis Suarez rəsmləşdirdiyi dubl ilə ispan klubuna 2:1 hesablı qələbə qazandırdı. Sergio Aqueronun 69-cu dəqiqədə vurduğu top İngiltərə klubunun vəziyyətini bir az asanlaşdırdı.

Qeyd edək ki, 1/8 finalın digər oyunu, "Yuventus" - "Borussiya Dortmund" qarşılaşması ev sahibinin 2:1 hesablı qələbəsi ilə bitdi. Karlos Tevezin 13-cü dəqiqədə vurduğu topa cəmi beş dəqiqə sonra Marko Roys cavab verə bilsə də, Alvaro Moratanın 42-ci dəqiqədə vurduğu qol İtaliyalı kluba qələbə gətirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti