...

Azərbaycan diasporu Ukraynada idman sarayı açıb (FOTO)

İdman Materials 1 Aprel 2015 17:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir İlkin İzzət/

Ukraynadakı Azərbaycan diasporu Lvovda yeni idman sarayı açıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) dəstəyi ilə Ukraynanın Lvov şəhərində yeni idman sarayı istifadəyə verilib. Konqresin Lvov vilayəti üzrə sədri Teymur Məmmədovun rəhbərliyi ilə keçirilən açılış mərasimində deputatlar, yerli hakimiyyət nümayəndələri, "SOCAR Ukrayna" şirkətinin nümayəndəsi, gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Açılışda çıxış edən Lvov vilayət Radasının deputatı Andrey Karbovnik Azərbaycan diasporunun bu fəaliyyətini təqdir edib.

Mərasimdə bildirilib ki, Almaniyadan dəvət olunan milliyyətcə azərbaycanlı məşqçilər Yusif Yusifzadə və İrac Həsənzadə yeni idman sarayında fəaliyyət göstərəcəklər. Sarayda bütün güləş və şərq əlbəyaxa idman növləri üzrə məşqlər keçiriləcək. Ukraynada gedən hərbi əməliyyatlarda ölənlərin övladlarına, o cümlədən kimsəsiz uşaqlara sarayda pulsuz xidmət göstəriləcək.

Ukrayna Millətlər Assambleyasının prezidenti, BUAK-ın sədri Rövşən Tağıyev bildirib ki, belə layihələr gələcəkdə də həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti