Azərbaycan, Bakı, 10 iyul /Trend/
"İnter" və "Qəbələ" klublarının növbəti mərhələdəki rəqibləri müəyyənləşib.
Trend-in məlumatına görə, "Qəbələ" Serbiya, "İnter" isə İslandiya təmsilçisi ilə qarşılaşacaq.
"Qəbələ" ikinci təsnifat mərhələsində "Çukariçki" klubu ilə qarşılaşacaq. "Hafnarfyordur" klubu isə ikinci təsnifat mərhələsində "İnter"ə rəqib olacaq.
Qeyd edək ki, "İnter" I təsnifat mərhələsində Albaniyanın "Laçi", "Qəbələ" isə Gürcüstanın "Dinamo" klubunu mübarizədən kənarlaşdırıb.