Azərbaycan, Bakı, 20 avqust /Trend/
İspaniyanın "Valensiya" klubunun və Argentina millisinin müdafiəçisi Nikolas Otamendi İngiltərənin "Mançester Siti" klubu ilə beş illik müqavilə bağlayıb. Transfer "şəhərlilərə" 45 milyon avroya başa gəlib. Trend bu barədə Lenta.ru saytına istinadən məlumat verir.
N.Otamendi Premyer Liqa tarixində İngiltərə klubuna keçən ən bahalı müdafiəçi olub. Onun transferinin məbləği 40 milyon avronu ötüb. Belə ki, bu məbləğ "Mançester Siti"-nin 2014-cü ilin yayında fransalı müdafiəçi Elyakim Manqalanın transferi üçün ödədiyi məbləğdir.
“Mançester Siti” İngiltərə Premyer Liqasında ən bahalı müdafiəçini transfer etdi
İspaniyanın “Valensiya” klubunun və Argentina millisinin müdafiəçisi Nikolas Otamendi İngiltərənin “Mançester Siti” klubu ilə beş illik müqavilə bağlayıb.