...

"Qarabağ" və "Qəbələ" birgə irəliləyirlər

İdman Materials 23 Avqust 2015 23:09 (UTC +04:00)
Azərbaycan Premyer Liqasında III turun oyunları davam edir.
"Qarabağ" və "Qəbələ" birgə irəliləyirlər

Azərbaycan, Bakı, 23 avqust /Trend/

Azərbaycan Premyer Liqasında III turun oyunları davam edir.

Trend-in məlumatına görə, bu gün daha üç qarşılaşma keçirilib.

Günün ilk qarşılaşmasında "Neftçi" və "Sumqayıt" üz-üzə gəlib. Qarşılaşma "Neftçi"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Avropa Liqasında uğurlu çıxışı ilə diqqət çəkən "Qəbələ" Premyer Liqada da iddiasını davam etdirir. "Qırmızı-qaralar" bu gün öz meydanında "Kəpəz"i sınağa çəkib. Oyun "Qəbələ"nin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

Son Azərbaycan çempionu "Qarabağ" səfərdə AZAL-ın qonağı olub və 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Premyer Liqada 3-cü tura sabah keçiriləcək "Zirə" - "İnter" oyunu ilə yekun vurulacaq.

Xəbər lenti

Xəbər lenti