...

Respublika Stadionunun ot örtüyü bərpa edilib

İdman Materials 15 Sentyabr 2015 12:59 (UTC +04:00)
Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyü normal vəziyyətə gətirilib.
Respublika Stadionunun ot örtüyü bərpa edilib

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir Elmir Murad/

Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyü normal vəziyyətə gətirilib.

Bunu Trend-ə açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib.

Onun sözlərinə görə, son "Qarabağ" və "Yanq Boyz" qarşılşamasından sonra stadionun ot örtüyünə baxış keçirilib və yayarsız hala düşən qazon bərpa edilib: "Stadionda mütəmadi bərpa işləri aparılır. Sonuncu oyundan sonra stadionun ot örtüyünün bərpası üçün bir sıra işlər görülüb. Hazırda ot örtüyü normal vəziyyətdədir"

Qeyd edək ki, Respublika stadionunun ot örtüyü FSM (Football and Sport Management) şirkətinə həvalə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti