Azərbaycan, Bakı, 20 oktyabr /Trend/
UEFA tərəfindən FIFA dərəcəli hakimlərimizə yeni təyinatlar verilib.
Trend AFFA-ya istinadən məlumat verir ki, Rəhim Həsənov oktyabrın 21-də Tbilisi şəhərində keçiriləcək UEFA Gənclər Liqasının "Saburtalo" (Gürcüstan) - "Mityulland" (Danimarka) oyununun baş hakimi olacaq. Ona Akif Əmirəli və Namiq Hüseynov kömək edəcəklər.
Orxan Məmmədov və Yaşar Abbasov isə 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 5-ci qrupunda keçiriləcək oyunlarda meydana çıxacaqlar. Bu qrupun oyunları oktyabrın 23-dən 30-dək Lüksemburqda təşkil olunacaq.