...

Almanların şousu: “Bavariya” “Arsenal”a dərs keçdi, Romada “qol yağışı” (VİDEO)

İdman Materials 5 Noyabr 2015 01:43 (UTC +04:00)
UEFA Çempionlar Liqasının qrup mərhələsində IV turun növbəti oyunları keçirilib
Almanların şousu: “Bavariya” “Arsenal”a dərs keçdi, Romada “qol yağışı” (VİDEO)

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

UEFA Çempionlar Liqasının qrup mərhələsində IV turun növbəti oyunları keçirilib.

Trend-in məlumatına görə, günün maraqla gözlənilən qarşılaşması - "Bavariya" - "Arsenal" oyunu almanların şousu ilə yadda qalıb. Londondakı oyunda 2:0 hesabı ilə qələbə qazanan ingilislər bu dəfə çarəsiz olublar.

10-cu dəqiqədə Levandovski Petr Çexi məyus edib. 29-cu dəqiqədə Müllerin zərbəsi dəqiq olub. Birinci hissədə son nöqtəni Alaba qoyub - 3:0.

İkinci hissəyə də almanlar fəal başlayıblar. Robben 55-ci dəqiqədə fərqi 4 topa çatdırıb. 69-cu dəqiqədə Jiru fərdi ustalığı sayəsində toplardan birinin əvəzini çıxıb. Son dəqiqələrdə isə Müllerin dublu ilə yekun nəticə məlum olub - 5:1.

Daha bir "qol yağışı" Romada qeydə alınıb. Burada eyniadlı klub ilk oyunda 4:4 hesablı bərabərə qaldığı "Bayer"i qəbul edib. İlk hissədə italyanlar iki dəfə fərqləniblər. Lakin ikinci hissənin əvvəlində almanlar ardıcıl iki qolla hesaba tarazlıq gətiriblər.

79-cu dəqiqədə Pyaniç almanların qapısına təyin olunan penaltini dəqiq yerinə yetirib - 3:2.

Son günlər uğursuz oyunların ilə yadda qalan "Çelsi" isə doğma meydanda Kiyev "Dinamo"sunu çətinliklə məğlub edə bilib - 2:1.

Digər oyunların nəticələri:

E qrupu

"Barselona" (İspaniya) - BATE (Belarus) - 3:0
"Roma" (İtaliya) - "Bayer" (Leverkuzen, Almaniya) - 3:2

F qrupu

"Bavariya" (Almaniya) - "Arsenal" (İngiltərə) - 5:1
"Olimpiakos" (Yunanıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 2:1

G qrupu

"Makkabi" (Təl-Əviv, İsrail) - "Portu" (Portuqaliya) - 1:3
"Çelsi" (İngiltərə) - "Dinamo" (Kiyev, Ukrayna) - 2:1

H qrupu

"Gent" (Belçika) - "Valensiya" (İspaniya) - 1:0
"Lion" (Fransa) - "Zenit" (Rusiya) - 0:2

Məqalədə:
Xəbər lenti

Xəbər lenti