Skautları Bakıya gələcək Avropa klubları (SİYAHI)

İdman Materials 28 Aprel 2016 15:17 (UTC +04:00)

Bakı. Trend:

Mayın 5-dən 21-dək keçiriləcək UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 turnirinin oyunlarını Avropanın tanınmış klublarının skautları izləyəcək.

Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, daha 6 klubun skautları çempionatın oyunlarını izləmək məqsədilə Bakıya səfər edəcəkləri barədə AFFA-ya müraciət ünvanlayıblar.

Müraciət etmiş bütün klubların siyahısı:

"Mançester Siti" (İngiltərə)
"Arsenal" (İngiltərə)
"Sevilya" (İspaniya)
"Portu" (Portuqaliya)
"Mançester Yunayted" (İngiltərə)
"Bavariya" (Almaniya)
"Monako" (Fransa)
"Benfika" (Portuqaliya)
"Red Bull Zalsburq" (Avstriya)
"Middlsbro" (İngiltərə)
PSJ (Fransa)
"Bornmut" (İngiltərə)
PSV Eyndhoven (Hollandiya)
"Borussiya Münxenqladbax" (Almaniya)
"Hamburq" (Almaniya)
"Olimpik Marsel" (Fransa)

Məqalədə:

Xəbər lenti

Xəbər lenti