Bakı. Trend:
İyunun 10-dan İctimai Televiziya və Radio Yayımları Şirkəti futbol üzrə Avropa Çempionatının yayımına start verir.
İTV-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qitə birinciliyinin ilk oyunu Bakı vaxtilə saat 23:00-da göstəriləcək. Futbol azarkeşlərinin bu möhtəşəm oyuna böyük marağını nəzərə alan şirkət rəhbərliyi bu sahə üzrə ixtisaslaşmış "İdman Azərbaycan" kanalının pesəkar mütəxəssislərini də İTV-nin icmalçıları ilə birgə oyunları şərh etməyə dəvət edib.
Telekanaldan bildirilib: "Futbol uzrə Avropa Çempionatının əsas yayımçısı olaraq bəyan edirik ki, bu təcrübə bir çox ölkələrdə tətbiq olunur və bunun bəzi saytların iddia etdiyi kimi, "İTV-nin şərhçi tapmaqda çətinlik çəkməsi" uydurması ilə heç bir əlaqəsi yoxdur".