...

Bakıda "Formula 1" pilotlarının sərbəst yürüşlərinin ikinci sessiyası başa çatıb (ƏLAVƏ OLUNUB) (FOTO)

İdman Materials 17 İyun 2016 19:01 (UTC +04:00)
İyunun 17-də Bakıda Avropa Qran Prisi çərçivəsində "Formula 1" pilotlarının sərbəst yürüşlərinin ikinci sessiyası başa çatıb.
Bakıda "Formula 1" pilotlarının sərbəst yürüşlərinin ikinci sessiyası başa çatıb (ƏLAVƏ OLUNUB) (FOTO)

Məlumat yenilənib (ilk xəbər saat 17:12-də yayılıb)

Bakı. Trend:

İyunun 17-də Bakıda Avropa Qran Prisi çərçivəsində "Formula 1" pilotlarının sərbəst yürüşlərinin ikinci sessiyası başa çatıb.

Trend-in məlumatına görə, “Mercedes”in britaniyalı pilotu Luis Hamilton Bakıda "Formula 1" Avropa Qran Prisində ikinci sərbəst yürüşlərdə dövrə üzrə ən yaxşı nəticəni göstərib.

Onun nəticəsi 1:44.233 təşkil edib.

Sonrakı nəticələri, müvafiq olaraq, "Mercedes" komandasının digər pilotu Niko Rosberq (1:44.913) və "Williams" komandasından Valtteri Bottas (1:45.336) göstəriblər.

Sərbəst yürüşlərdə 11 komandadan 22 pilot təmsil olunub.

Bakı sakinləri və qonaqların "Formula 1" sevinci (FOTO)

Bakı sakinləri və qonaqların "Formula 1" sevinci (FOTO)

Qeyd edək ki, bu gün Bakıda “Formula 1” üzrə dünya çempionatının 8-ci – Avropa Qran Prisi yarışlarına start verilib.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları – Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar. Layihənin müəllifi bütün müasir “Formula 1” treklərinin memarı olan Herman Tilkedir.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti