...

Yunan-Roma güləşçilərimiz üçüncü oldu

İdman Materials 23 İyun 2016 11:22 (UTC +04:00)

Bakı. Trend:

Rumıniyanın paytaxtı Buxarest şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı keçirilir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, çempionatın ilk iki günündə yunan-Roma güləşi üzrə yarışlar keçirilib və qaliblər müəyyənləşib. Yığma komandamızın üzvləri 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.

Qızıl medalları komandamıza Nofəl Babayev (55 kq), Mikayıl Rəhmanov (60 kq) və İslam Abbasov (84 kq) qazandırıb. Azər Nəsibli (50 kq) gümüş, Sənan Süleymanov (66 kq) isə bürünc medala yiyələnib.

Daha iki güləşçimiz Avropa çempionu oldu (YENİLƏNİB) (VİDEO)

Daha iki güləşçimiz Avropa çempionu oldu (YENİLƏNİB) (VİDEO)

Bu nəticə ilə yığmamız çempionatı komanda hesabında 48 xalla üçüncü pillədə tamamlayıb. 62 xal toplayan Gürcüstan birinci, 50 xal toplayan Rusiya isə ikinci pillədə qərarlaşıb.

Xatırladaq ki, ötənilki analoji yarışda da yunan-Roma güləşçilərimiz 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti