Bakı. Trend:
Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” - “Baltsan” oyununun biletləri satışa çıxarılıb.
Trend-in məlumatına görə, qiyməti 1 və 3 AZN, VİP yerlər üçün 10 AZN olan biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, iyulun 7-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” - “Baltsan” oyunu saat 20:00-da başlayacaq. İlk görüş təmsilçimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb.