...

Yunan-Roma güləşçiləri mübarizəyə başlayır

İdman Materials 23 İyul 2016 12:11 (UTC +04:00)
İsveçin paytaxtı Stokholmda yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir.
Yunan-Roma güləşçiləri mübarizəyə başlayır

Bakı. Trend:

İsveçin paytaxtı Stokholmda yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir.

Trend-ə Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, beşinci yarış günündə 42, 50, 58, 63 və 76 kq çəkidə yunan-Roma güləşçiləri mübarizəyə qoşulur.

42 kq üzrə 1/8 finalda Azər Muxtarlı Ukrayna təmsilçisi Danilo Tsimballa, 50 kq çəkidə 1/16 finalda Zaur Nuriyev Almaniya idmançısı Steven Ecker ilə, 58 kq-da 1/32 finalda Cavidan Cavadov xorvatiyalı David Borecki ilə, 69 kq-da 1/16 finalda Şirxan Quliyev rusiyalı Lom-Aku Addievlə və Ülvi Qənizadə finlandiyalı güləşçi Eemeli Ketonen ilə, nəhayət, 85 kq çəki üzrə 1/16 finalda Tehran Əminzadə Moldova təmsilçisi Vladislav Bejuc ilə üz-üzə gələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti