...

Yunan-Roma güləşçilərimiz ilk beşlikdə - REYTİNQ

İdman Materials 7 Aprel 2017 13:57 (UTC +04:00)
Dünya Güləş Birliyi 2017-ci ilin mart ayında keçirilən yarışların yekunlarına əsasən reytinq siyahısını açıqlayıb.
Yunan-Roma güləşçilərimiz ilk beşlikdə - REYTİNQ

Trend-i buradan izləyin

Bakı. Trend:

Dünya Güləş Birliyi 2017-ci ilin mart ayında keçirilən yarışların yekunlarına əsasən reytinq siyahısını açıqlayıb.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, yunan-Roma güləşi üzrə reytinq siyahısında 10 güləşçimizin adı yer alıb. Onlardan 7-si ilk onluğa daxil olub.

Olimpiya Oyunlarının bürünc medalçıları Rəsul Çunayev (66 kq) reytinqdə 3-cü, Sabah Şəriəti (130 kq) isə 4-cü yerdədir. Dünya çempionatının bürünc medalını qazanan Həsən Əliyev (71 kq) də öz çəkisində 3-cü sırada qərarlaşıb.

Onluğa daxil olan digər güləşçilərdən Rafiq Hüseynov (80 kq) 5-ci, İslam Abbasov (85 kq) 6-cı, Elvin Mürsəliyev (75 kq) 7-ci, Rövşən Bayramov (59 kq) isə 9-cu yerdədir.

59 kq

9. Rövşən Bayramov - Olimpiya Oyunları 5-ci yer (6)
12. Murad Məmmədov - U-23 Avropa çempionatı 1-ci yer (nr)

66 kq

3. Rəsul Çunayev - Olimpiya Oyunları 3-cü yer (3)

71 kq

3. Həsən Əliyev - Dünya çempionatı 3-cü yer (3)
19. İslambek Dadov - U-23 Avropa çempionatı 1-ci yer (nr)

75 kq

7. Elvin Mürsəliyev - Dünya Kuboku 1-ci yer (7)

80 kq

5. Rafiq Hüseynov - Qızıl Qran Pri 1-ci yer (7)

85 kq

6. İslam Abbasov - Qızıl Qran Pri 1-ci yer (7)

98 kq

11. Orxan Nuriyev - U-23 Avropa çempionatı 1-ci yer (nr)

130 kq

4. Sabah Şəriəti - Olimpiya Oyunları 3-cü yer (4)

Qeyd edək ki, idmançıların adları qarşısında onların iştirak etdikləri son yarışlarda əldə etdiyi ən yüksək nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti