...

Qətərli gimnast: İslamiadada idman gimnastikası yarışlarına güclü komandalar gəlib

İdman Materials 13 May 2017 12:47 (UTC +04:00)
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında kişilər arasında idman gimnastikası yarışlarına bir çox güclü komandalar gəlib.
Qətərli gimnast: İslamiadada idman gimnastikası yarışlarına güclü komandalar gəlib

Bakı. Yelena Kosolapova - Trend:

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında kişilər arasında idman gimnastikası yarışlarına bir çox güclü komandalar gəlib.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Qətər gimnastı Əhməd əl-Dayani deyib.

O qeyd edib ki, Türkiyə, Azərbaycan, Əlcəzair və bir sıra digər ölkələr çox güclü rəqiblərdir.

İdmançı IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirildiyini bildirib:

"Burada möhtəşəm zal, alətlər var. Bakıdakı Milli Gimnastika Arenası bu vaxta qədər gördüyüm ən yaxşı arenadır".

İlk dəfə İslamiadada çıxış edən qətərli gimnast müəyyən səhvlərə yol versə də, ümumilikdə yaxşı çıxış etdiyini bildirib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti