...

Karateçimiz İslamiadada qazandığı qızıl medalı Azərbaycan şəhidlərinə həsr edir

İdman Materials 14 May 2017 21:33 (UTC +04:00)
Karateçimiz Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qazandığı qızıl medalı bütün Azərbaycan şəhidlərinə həsr edir.
Karateçimiz İslamiadada qazandığı qızıl medalı Azərbaycan şəhidlərinə həsr edir

Bakı. Azad Həsənli - Trend:

Karateçimiz Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qazandığı qızıl medalı bütün Azərbaycan şəhidlərinə həsr edir.

Trend-in məlumatına görə, A.Mamayev jurnalistlərlə söhbətində bildirib ki, Azərbaycan yığması İslamiadaya Avropa Oyunlarından hazırlaşıb:

"Bu, çox möhtəşəm yarışdır və mən şadam ki, Vətənimdə bir dəfə də olsun məğlub olmamışam. Mənim ən böyük arzum qələbə qazanmaq idi ki, himnimiz səslənsin. Bu yolda bizi dəstəkləyən hər kəsə minnətdarlığımı bildirirəm".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti