...

Asiman Qurbanlı: Sevincimi ifadə etməyə söz tapmıram

İdman Materials 14 May 2017 21:50 (UTC +04:00)
"Sevincimi ifadə etməyə söz tapmıram".
Asiman Qurbanlı: Sevincimi ifadə etməyə söz tapmıram

Bakı. Azad Həsənli - Trend:

"Sevincimi ifadə etməyə söz tapmıram". Trend-in məlumatına görə, bunu İslam Həmrəyliyi Oyunları çərçivəsində karate (kumute) yarışlarında bürünc medal qazanmış Azərbaycan karateçisi Asiman Qurbanlı deyib.

İdmançı qeyd edib: "Hisslərimi sözlə ifadə etmək çətindir. Hədsiz sevincliyəm. Təxminən bir ilə yaxındır ki, qızıl qazanmaq üçün ciddi-cəhdlə işləyirəm. Təssüf ki, qazana bilmədim. Amma özümə söz verdim ki, bu yarışlardan medalsız ayrılmayacam və qazandım".

A.Qurbanlı qələbəni anasına həsr etdiyini vurğulayıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti