...

Bakı-2017: Daha bir taekvandoçumuz finala yüksəldi

İdman Materials 17 May 2017 18:38 (UTC +04:00)
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında daha bir taekvandoçumuz finala yüksəlib.
Bakı-2017: Daha bir taekvandoçumuz finala yüksəldi

Bakı. Elçin Mehdiyev - Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında daha bir taekvandoçumuz finala yüksəlib.

Trend-in məlumatına görə, Birinci Avropa Oyunlarının qalibi Ayxan Tağızadə (68 kq) həlledici mərhələyə yüksəlmək üçün Səudiyyə Ərəbistanı idmançısı Səud Al Muvallad ilə üz-üzə gəlib.

A.Tağıyev rəqibinə qalib gələrək final mərhələsinə vəsiqə qazanıb - 18:9.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti