...

Azərbaycan taekvandoçusu QIZIL medalın addımlığında

İdman Materials 17 May 2017 20:20 (UTC +04:00)
IV İslam Həmrəyliyi Oyunlarında daha bir taekvandoçumuz finala yüksəlib.
Azərbaycan taekvandoçusu QIZIL medalın addımlığında

Bakı. Elçin Mehdiyev - Trend:

IV İslam Həmrəyliyi Oyunlarında daha bir taekvandoçumuz finala yüksəlib.

Trend-in məlumatına görə, Rio Olimpiadasının bürünc medalçısı Milad Beigi Hərçəqani (80 kq) İslamiadanın finalına yüksəlmək üçün iranlı Əlireza Dərvişpurla üz-üzə gəlib.

Azərbaycan idmançısı rəqibinə 24:4 hesabı ilə qalib gələrək final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti