Bakı. Trend:
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında kişilərin taekvando yarışlarında +87 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Radik İsayev qızıl medal əldə edib.
Trend-in məlumatına görə, Olimpiya çempionumuz finalda Özbəkistan təmsilçisi Dmitri Şokina qalib gələrək Azərbaycana İslamiadada 50-ci qızıl medalı qazandırıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
X X X
22:07
Kişilərin taekvando yarışlarında 87 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Radik İsayev IV İslam Həmrəyliyi Oyunları çərçivəsində taekvando yarışlarında qızıl medal uğrunda yarışacaq.
Trend-in məlumatına görə, Radik İsayev yarımfinalda iordaniyalı Hamza Kattana qalib gələrək finala vəsiqə qazanıb. Radik İsayevin finaldakı rəqibi özbəkistanlı Dmitri Şokin olacaq.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.