...

Bakı-2017: Daha bir güləşçimiz yarımfinalda

İdman Materials 18 May 2017 10:47 (UTC +04:00)
Sabah Şəriəti (130 kq) IV İslam Həmrəyliyi Oyunlarında 1/4 finalda ilk görüşünü keçirib.
Bakı-2017: Daha bir güləşçimiz yarımfinalda

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti (130 kq) IV İslam Həmrəyliyi Oyunlarında 1/4 finalda ilk görüşünü keçirib.

Trend-in məlumatına görə, idmançımız yarımfinal uğrunda mübarizədə Pakistan təmsilçisi Xan Musab Akram ilə qarşılaşıb.

S.Şəriəti rəqibinə vaxtından əvvəl - 9:0 hesabı ilə qalib gələrək yarımfinalda mübarizə aparmaq şansı qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti