...

Bakı-2017: Kişi voleybolçularımız finala çıxdı

İdman Materials 20 May 2017 22:05 (UTC +04:00)
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın kişilərdən ibarət voleybol yığması yarımfinal mərhələsində Əlcəzairlə qarşılaşıb
Bakı-2017: Kişi voleybolçularımız finala çıxdı

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın kişilərdən ibarət voleybol yığması yarımfinal mərhələsində Əlcəzairlə qarşılaşıb.

Trend-in məlumatına görə, millimiz 3:1 (28:26; 25:21; 20:25; 25:21) hesabı ilə rəqibindən güclü olub.

Beləliklə, komandamız sabah keçiriləcək finalda qızıl medal uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti