...

"Neftçi"nin 3-cü səfər sindromu

İdman Materials 25 Sentyabr 2017 12:00 (UTC +04:00)
Bu, texniki nəticəni də nəzərə alsaq, paytaxt klubunun ardıcıl 6-cı səfər məğlubiyyəti olub.
"Neftçi"nin 3-cü səfər sindromu

Bakı. Trend:

Azərbaycan Premyer Liqasının VI turunda “Qəbələ” ilə qarşılaşan “Neftçi” 1:2 hesabı ilə uduzub. Bu, texniki nəticəni də nəzərə alsaq, paytaxt klubunun ardıcıl 6-cı səfər məğlubiyyəti olub.

Trend-in PFL-ə istinadən verdiyi məlumata görə, bakılılar rəqib meydanında sonuncu dəfə fevralın 27-də xal qazanıb. AZAL-a 1:0 hesabı ilə qalib gələndən sonra “Neftçi” ancaq öz meydanında xal əldə edib. Ötən mövsümün son iki səfərində “Sumqayıt” və “Kəpəz”ə eyni – 0:2 hesabı ilə uduzan “ağ-qaralar” “Zirə” ilə görüşdə texniki məğlubiyyətə üzülüb. Cari mövsüm 3 dəfə səfərə çıxan ölkənin ən titullu klubu “Səbail” və “Sumqayıt”a eyni – 0:1, “Qəbələ”yə 1:2 hesabı ilə yenilib.

Rəqib meydanındakı məğlubiyyət sayını 6-ya çatdıran “Neftçi” klub tarixinin Azərbaycan çempionatlarındakı antirekordunu təkrarlayıb. Paytaxt təmsilçisi bunadək iki dəfə - 2012-ci və 2016-cı illərdə də ardıcıl 6 səfər matçında xala həsrət qalmışdı.

İndiki seriyadan fərqli olaraq, həmin uğursuzluq zolaqlarında texniki məğlubiyyət olmayıb. Belə sindromu üçüncü dəfə yaşayan “Neftçi” növbəti səfər matçını VII turda “İnter”ə qarşı keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti