...

"Araz"ın ikinci sınağı

İdman Materials 12 Oktyabr 2017 10:11 (UTC +04:00)

Bakı. Trend:

Futzal üzrə UEFA kubokunun əsas mərhələsində mübarizə aparan “Araz” bu gün ikinci oyununu keçirəcək.

Trend-in məlumatına görə, təmsilçimiz Maltanın “St Andreus” komandası ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Xatırladaq ki, futzalçılarımız ötən gün Bosniya və Herseqovinanın “Mostar” komandası ilə qarşılaşıb. Oyun 5:2 hesabı ilə "Araz"ın xeyrinə başa çatıb. Maykon da Silvanın dubl etdiyi oyunda “Araz”ın digər qollarını Teles Thaqo, Xətai Bağırov və İsa Atayev vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti