...

Veysəloğlu Qrupda “Maliyyəçilər” çempion oldu (FOTO)

İdman Materials 27 Noyabr 2017 17:21 (UTC +04:00)
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi və təşkilatçılığı, İctimai Futbol Təşkilatları İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilən şirkətdaxili futbol turnirinə yekun vurulub.
Veysəloğlu Qrupda “Maliyyəçilər” çempion oldu (FOTO)

Bakı. Trend:

Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi və təşkilatçılığı, İctimai Futbol Təşkilatları İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilən şirkətdaxili futbol turnirinə yekun vurulub.

Şirkətlər Qrupundan Trend-ə verilən məlumata görə, ümumilikdə 16 komandanın mübarizə apardığı yarış 3 həftə davam edib. Bakı Olimpiya Stadionunun mini futbol meydançasında təşkil olunan turnirin final matçında Tess (Maliyyə) və Ulduz komandaları üz-üzə gəliblər. Bu dueldən “maliyyəçilər” qalib ayrılıb. Belə ki, gərgin idman mübarizəsi şəraitində keçən matçda Tess komandası rəqibini 3:1 hesabı ilə məğlub edərək, yarışın qızıl medallarına sahib çıxıblar. Baxımlı oyun sərgiləyən Ulduz komandası isə gümüş medulla kifayətlənməli olub..

Qeyd edək ki, 3-cü yer uğrunda həlledici oyunda Xonça və Hasilat komandaları qarşılaşıblar. Rəqibini 2:1 hesabı ilə məğlub edən Xonça turniri bürünc medalla başa vurub.

Oyundan sonra təltifetmə mərasimi keçirilib. Qaliblərə medal, diplom, kubok və pul mükafatı təqdim olunub.

Bundan başqa turnirdə ən yaxşı qapıçı, ən yaxşı müdafiəçi və bombardir nominasiyaları üzrə də mükafatlar təqdim olunub. Ulduz komandasının üzvü Ağa Tarverdiyev “Ən yaxşı qapıçı”, Maddi Vəsaitlər komandasının oyunçusu Emil Babayev “Ən yaxşı müdafiəçi” adına layiq görülüb. Rəqib qapılarına 6 qol vuraraq “Bombardir” adına isə Hasilat komandasının futbolçusu Yasin Cəbizadə layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti