...

Basketbol üzrə 13 və 15 yaşlılardan ibarət milli komanda formalaşdırılacaq (FOTO)

İdman Materials 25 Dekabr 2017 13:09 (UTC +04:00)
"Təhsil" Respublika İdman Mərkəzi 2017-2018-ci il üçün 13 və 15 yaşadək basketbolçulardan ibarət komandalar arasında "Təhsil Liqaları" keçirir.
Basketbol üzrə 13 və 15 yaşlılardan ibarət milli komanda formalaşdırılacaq (FOTO)

Bakı. Samir Əli - Trend:

"Təhsil" Respublika İdman Mərkəzi 2017-2018-ci il üçün 13 və 15 yaşadək basketbolçulardan ibarət komandalar arasında "Təhsil Liqaları" keçirir.

Trend-in məlumatına görə, yarış Təhsil Nazirliyi, Azərbaycan Basketbol Federasiyası və "Təhsil" Respublika İdman Mərkəzinin dəstəyi ilə keçirilir.

Yarışın məqsədi həmin yaş arasında perspektivli basketbolçuları aşkar etmək, basketbol bölmələrinin komandalarının oyun təcrübəsinin artırılması və göstərilən yaş qrupları üzrə milli komandanın müəyyənləşdirilməsidir. Hər iki yaş üzrə liqada 12 komanda mübarizə aparır. Yarışlar bu ilin dekabr ayından 2018-ci ilin iyun ayına qədər davam edəcək.

Yarışlar Azərbaycan Texniki Universitetinin idman kompleksində keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti