...

Azərbaycan gimnastı idman gimnastikası üzrə Dünya Kubokunda gümüş medal qazandı (FOTO)

İdman Materials 17 Mart 2018 13:30 (UTC +04:00)
Azərbaycan gimnastı Marina Nekrasova Bakıda Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda gümüş medal qazanıb.
Azərbaycan gimnastı idman gimnastikası üzrə Dünya Kubokunda gümüş medal qazandı (FOTO)

Bakı. Trend:

Azərbaycan gimnastı Marina Nekrasova Bakıda Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda gümüş medal qazanıb.

Trend-in məlumatına görə, təmsilçimiz dayaqlı tullanma hərəkətində 14.216 balla ikinci, digər idmançımız Yuliya İnşina isə 4-cü (13.466) olub.

Özbəkistan gimnastı Oksana Çusovitina 14.300 balla birinci, slovakiyalı Tyasa Kisselef isə 3-cü (13.833) yeri tutub.

Qeyd edək ki, bu gün keçirilən final mərhələsində Azərbaycanı müxtəlif hündürlüklü qollarda Marina Nekrasova, Mariya Smirnova, dayaqlı tullanmada isə Yuliya İnşina və Marina Nekrasova təmsil edirlər.

Bakıda 3-cü ildir ki, təşkil olunan bu turnirə 25 ölkədən 102 idmançı qatılıb.

Dünya Kuboku martın 18-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti