...

Tamaşaçı: Bədii gimnastika üzrə Dünya Kuboku çox maraqlı keçir

İdman Materials 27 Aprel 2018 19:09 (UTC +04:00)
Bədii gimnastika üzrə Dünya Kuboku çox maraqlı və intizamlı keçir
Tamaşaçı: Bədii gimnastika üzrə Dünya Kuboku çox maraqlı keçir

Bakı. Cani Babayeva - Trend:

Bədii gimnastika üzrə Dünya Kuboku çox maraqlı və intizamlı keçir.

Bunu Trend-ə tamaşaçı Nelli Kuzmiçeva deyib.

N.Kuzmiçeva təşkilatçılara təəkkürünü bildirib:

“Nəvəm iki ildir ki, gimnastika ilə məşğul olduğu üçün mən Milli Gimnastika Arenasındakı yarışlara tez-tez gəlirəm. Bu gün nəvəm açılış mərasimində iştirak edəcək”.

Onun sözlərinə görə, ölkədə bu cür idman tədbirlərinin keçirilməsi çox vacibdir, çünki bu yarışlar uşaqlarda idmana maraq oyadır.

Tamaşaçı həmçinin vurğulayıb ki, Azərbaycan gimnastlarına azarkeşlik edir, eləcə də Rusiya və Ukrayna gimnastlarının çıxışlarını bəyənir.

Qeyd edək ki, Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna start verilib.

27-29 aprel tarixlərində keçiriləcək turnirdə 26 ölkədən 127 gimnast iştirak edir. Onlardan 44 nəfəri fərdi proqramda, 83 nəfəri isə qrup komandalarının tərkibində çıxış edəcək.

Yarışların ilk iki günü fərdi gimnastlar və qrup hərəkətləri komandaları təsnifat mərhələsində öz güclərini sınayacaqlar. Bu mərhələnin nəticəsindən asılı olaraq hər iki proqram üzrə çoxnövçülükdə qaliblər və ayrı-ayrı alətlər üzrə finala vəsiqə qazanmış gimnastların adları müəyyənləşəcək.

Yarışların son günü baş tutacaq final mərhələsində isə ən güclü 8 fərdi gimnast və 8 qrup hərəkətləri komandası birincilik uğrunda mübarizə aparacaqlar.

Bakıda artıq 6-cı dəfədir təşkil edilən Dünya Kubokunda, həmçinin ən yüksək icra xalını toplamış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti