Bakı. Fikrət Doluxanov - Trend:
"Bakı trası gördüyüm digər traslardan tamamilə fərqlənir".
Bunu Trend-ə Bakıda Formula 1 Azərbaycan Qran Prisini izləyən almaniyalı turist Ulrike Şmidt deyib.
O, artıq 12 ildir Formula 1 yarışlarını izlədiyini bildirib: "Bir çox ölkələrdə yarış trasının keyfiyyəti biletlərin qiymətinə uyğun deyil. Belə olan halda böyük pula rəğmən yarışdan daha az zövq almaq olur. Bu mənada Bakı trası tamamilə istisnadır".
U.Şmidt qeyd edib ki, təşkilatçılar yarışın yüksək səviyyədə keçirilməsi üçün böyük səy göstəriblər:
"Bura həqiqətən də xoşuma gəlir. Hotel də gözəldir. Hər şey çox yaxşıdır. Bakının ictimai nəqliyyatı isə idealdır".