...

Avstraliyalı Daniel Rikkyardo Monako Qran Prisinin qalibi olub

İdman Materials 27 May 2018 22:18 (UTC +04:00)

Bakı. Trend:

"Red Bull" komandasının avstraliyalı pilotu Daniel Rikkyardo Formula 1 üzrə Monako Qran Prisinin qalibi olub.

Trend-in məlumatına görə, Qran Prini ikinci pillədə "Ferrari" komandasının almaniyalı pilotu Sebastyan Fettel, üçüncü pillədə isə "Mersedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton başa vutublar.

28 yaşlı D.Rikkyardo karyerasında 6-cı, bu mövsüm isə 2-ci qələbəsinin qazanıb. O, Monako Qran Prisində ilk dəfə qalib gəlib.

Mövsümün 6 yarışından sonra liderlik britaniyalı Lyuis Hemiltondadır (110 xal), ikinci pillədə Sebastyan Fettel (96 xal), üçüncü yerdə isə Daniel Rikkyardo (72 xal) qərarlaşıblar.

Formula 1-in növbəti mərhələsi Kanadada 8-10 iyun keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti