...

Gənc yunan-Roma güləşçilərimiz Kaspiyskdə sınaqdan keçiriləcək

İdman Materials 1 İyun 2018 09:11 (UTC +04:00)
Bu gün Rusiya Federasiyasının Kaspiysk şəhərində Suraqat Asyatilovun xatirəsinə həsr olunan yunan-Roma güləşi üzrə gənclər arasında beynəlxalq turnir keçiriləcək.
Gənc yunan-Roma güləşçilərimiz Kaspiyskdə sınaqdan keçiriləcək

Bakı. Trend:

Bu gün Rusiya Federasiyasının Kaspiysk şəhərində Suraqat Asyatilovun xatirəsinə həsr olunan yunan-Roma güləşi üzrə gənclər arasında beynəlxalq turnir keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, iyunun 3-dək davam edəcək turnurdə yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandamız məşqçilər Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi altında 15 güləşçi ilə iştirak edəcək.

Heyətdə Zülfüqar Əliyev, Ağaqulu Quliyev, Xancavad Məcidzadə (hamısı 55 kq), Zaur Nuriyev, Əsgər Əlizadə, Həsən Məmmədli (hamısı 60 kq), Kamran Mirzəliyev, Elnur Musayev (hər ikisi 63 kq), Kənan Cəfərov, Məmmədəli Həsənov (hər ikisi 67 kq), Nəsir Həsənov (77 kq), Aslan Məmmədov, Xəyal Arazəliyev (hər ikisi 82 kq), Nəzərşah Fətullayev (87 kq) və Tarış Əbilov (130 kq) yer alıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Bəşir İsazadə təmsil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti