Bakı. Trend:
Bu gün UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları keçirilir.
Trend-in məlumatına görə, Azərbaycanın "Keşlə" klubu Maltanın "Baltsan" klubunu qəbul edib. Oyun "Keşlə"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Keşlə"nin qollarını S.Meza (11-ci dəqiqə) və S.Alxasov (90+1-ci dəqiqə) vurublar, "Baltsan"ın qolunu isə A.Majdevaç (90+6-cı dəqiqə) vurub.
Beləliklə, ilk oyunda 4:1 hesabı ilə məğlub olan "Keşlə" UEFA Avropa Liqasının növbəti təsnifat mərhələsinə vəsiqə qazana bilməyib.