...

Sinkfild kuboku: Şəhriyar Məmmədyarov fransız həmkarı ilə heç-heçə etdi

İdman Materials 25 Avqust 2018 06:22 (UTC +04:00)
Bu gün ABŞ-ın Sent-Luis şəhərində “Sinkfild kuboku” superturnirinin V turu keçirilib.
Sinkfild kuboku: Şəhriyar Məmmədyarov fransız həmkarı ilə heç-heçə etdi

Bakı. Tural Turan - Trend:

Bu gün ABŞ-ın Sent-Luis şəhərində “Sinkfild kuboku” superturnirinin VI turu keçirilib.

Trend-in məlumatına görə, Azərbaycanı yarışda təmsil edən Şəhriyar Məmmədyarov bu dəfə fransalı Maksim Vaşye-Laqrav ilə qarşılaşıb və heç-heçə edib.

Digər qarşılaşmalarda heç-heçə qeydə alınıb. Yalnız Fabiano Karuana (ABŞ) Sergey Karyakinə (Rusiya) qalib gəlib və vahid liderliyə yüksəlib.

Altı turdan sonra Karuana 4 xal ilə turnir cədvəlində birinci yerdə qərarlaşıb. İkinci-beşinci yerləri hərəyə 3,5 xal ilə Qrişuk, Karlsen, Məmmədyarov və Aronyan bölüşür. Altı və yeddinci yerləri hərəyə 3 xal ilə Anand və Vaşye-Laqrav tutur. Növbəti yerlərdə So (2,5 xal) və Nakamura (2) qərarlaşıb, Karyakin isə 1,5 xal ilə turnir cədvəlini qapayır.

Şənbə günü keçiriləcək 7-ci turda Şəhriyar Məmmədyarov Karyakinlə qarşılaşacaq.

Xatırladaq ki, Sinkfild superturnirində Maqnus Karlsen (Norveç), Fabiano Karuana, Hikaru Nakamura (hər ikisi ABŞ), Aleksandr Qrişuk, Sergey Karyakin (hər ikisi Rusiya), Maksim Vaşye-Laqrav (Fransa), Vişvanatan Anand (Hindistan) və Levon Aronyan (Ermənistan) iştirak edirlər.

Turnir bir dövrə keçiriləcək və avqustun 27-si başa çatacaq.

Qeyd edək ki, yarışın mükafat fondu 300 min ABŞ dollarıdır. Qalib 75 min dollar qazanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti