...

Qurban Qurbanov: Sabah maraqlı və gərgin mübarizə olacaq

İdman Materials 24 Oktyabr 2018 16:59 (UTC +04:00)
Sabah maraqlı və gərgin mübarizə olacaq.
Qurban Qurbanov: Sabah maraqlı və gərgin mübarizə olacaq

Bakı. Trend:

Sabah maraqlı və gərgin mübarizə olacaq.

Trend-in məlumatına görə, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində Ukraynanın "Vorskla" komandası ilə Bakıda keçiriləcək oyun ərəfəsində deyib.

Q.Qurbanov qeyd edib: "Hamı bilir ki, vacib oyuna çıxırıq. İki turdan sonra hər iki komanda xalsızdır. Oyun haqqında çox danışmağa ehtiyac yoxdur. Komandanı tam hazırlamışıq. Hamı matça ciddi hazırlaşır. Düşünürəm ki, sabah maraqlı və gərgin mübarizə olacaq. Sabah ən yaxşı oyunlarımızdan birini keçirməyə çalışacağıq".

Qeyd edək ki, "Qarabağ" - "Vorskla" oyunu oktyabrın 25-i saat 20:55-də başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti