...

Bakıda Dünya Kubokunda tamblinq yarışlarının qalibləri mükafatlandırılıb (FOTO)

İdman Materials 17 Fevral 2019 14:59 (UTC +04:00)
Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda tamblinq yarışlarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Bakıda Dünya Kubokunda tamblinq yarışlarının qalibləri mükafatlandırılıb (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda tamblinq yarışlarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Trend-in məlumatına görə, kişilər arasında birinci yeri rusiyalı gimnast Vadim Afanasyev, ikinci yeri Azərbaycan təmsilçisi Mixail Malkin, üçüncü yeri isə digər rusiyalı idmançı Maksim Ryabikov tutub.

Qadınlar arasında qızıl və gümüş medallara ukraynalı gimnastlar Darina Kozyarska və Alina Mamçur sahib olublar.

Həmçinin turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku təqdim olunub. Bu mükafata Azərbaycan idmançısı Mixail Malkin və Çin təmsilçiləri Qianqi Lin və Syao Tu layiq görülüblər.

FOTO - Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti