...

Azyaşlılar arasında stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçirilir

İdman Materials 2 Aprel 2019 18:30 (UTC +04:00)
Bakıda azyaşlılar arasında stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib.
Azyaşlılar arasında stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçirilir

Bakı. Trend:

Bakıda azyaşlılar arasında stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib.

Stolüstü Tennis Federasiyasından Trend-ə verilən məlumata görə, şəxsi və komanda xarakterli turnirdə respublikanın müxtəlif bölgələrindən 100-dək idmançı, 27 komanda iştirak edir.

Yarışların açılışında çıxış edən Stolüstü Tennis Federasiyasının vitse- prezidenti Fazil Məmmədov son illər ölkəmizdə stolüstü tennisin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib, turnirin azyaşlıların idmana marağının artmasında əhəmiyyətini qeyd edib. Stolüstü tennis üzrə qazanılan uğurlardan danışan F.Məmmədov idmançılarımızın bu ilin əvvəlindən iştirak etdiyi 4 beynəlxlaq turnirdə 12 medal qazandığını vurğulayıb.

Qeyd edək ki, Federasiyanın idman zalında keçirilən yarışlar aprelin 4-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti