...

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku keçirilir (FOTO)

İdman Materials 26 Aprel 2019 13:17 (UTC +04:00)
Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku keçirilir.
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku keçirilir (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku keçirilir.

Trend-in məlumatına görə, turnirdə 39 ölkədən 200-dən çox gimnast mübarizə aparır. Üç gün davam edəcək yarışda ümumilikdə 25 qrup komandası və 70-dən çox fərdi gimnast hakimlər qarşısına çıxacaq.

Azərbaycanı Dünya Kubokunda fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, həmçinin qrup hərəkətləri komandasının tərkibində Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sona Rəhmanova təmsil edirlər.

Turnirin ilk iki günü təsnifat mərhələləri baş tutacaq və çoxnövçülükdə ən yüksək xal toplamış 8 fərdi gimnast, həmçinin qrup komandası final mərhələsinə adlayacaq. 28 aprel tarixində isə həlledici final mərhələsinin qalibləri müəyyənləşəcək.

Bununla yanaşı, ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq.

FOTO - Ceyhun Ələkbərov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti