Bakı. Trend:
Azərbaycan sərbəst güləşçisi Hacımurad Hacıyev II Avropa Oyunlarının bürünc medalını qazanıb.
Trend-in məlumatına görə, 74 kq çəki dərəcəsində mübarizə aparan H.Hacıyev 3-cü yer uğrunda görüşdə ukraynalı Vasili Mixaylovu məğlub edib.
Bu, Azərbaycanın "Minsk 2019"da 13-cü medalı olub. Medallardan 1-i qızıl, 4-ü gümüş, 8-i bürüncdür.