...

“EYOF Bakı 2019”: Cüdoçumuz yarımfinala vəsiqə qazanıb

İdman Materials 24 İyul 2019 13:21 (UTC +04:00)
Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarında Azərbaycan təmsilçisi yarımfinala vəsiqə qazanıb.
“EYOF Bakı 2019”: Cüdoçumuz yarımfinala vəsiqə qazanıb

Bakı. Trend:

Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarında Azərbaycan təmsilçisi yarımfinala vəsiqə qazanıb.

Trend-in məlumatına görə, oğlanların yarışında uğurla çıxış edən Turan Bayramov (60 kq) səkkizdəbir finalda Adam Saferini (Avstriya), dörddəbir finalda yunanıstanlı Mikis Tontimidisi ipponla məğlub edərək yarımfinala yüksəlib.

Şükran Zamanlı (55 kq) onaltıdabir finalda Portuqaliya təmsilçisi Migel Qaqo üzərində təmiz qələbə qazansa da, sonrakı mərhələdə macarıstanlı Benko Farkasın öhdəsindən gələ bilməyib.

Qadın güləşi üzrə Gülşən Bəşirova (44 kq) səkkizdəbir finalda ispaniyalı Mariya Qonzalesi 2:1 hesabı ilə məğlub edərək dörddəbir finala adlayıb.

Digər təmsilçimiz İsmayıl Qənbərli (50 kq) səkkizdəbir finalda rusiyalı Sergey Mastriukova məğlub olub. Qadın cüdoçumuz Səbinə Əliyeva (48 kq) isə portuqaliyalı Raquel Britoya uduzub.

Qeyd edək ki, festivalda 40 ölkədən 297 cüdoçu iştirak edir. Azərbaycan bu nüfuzlu turnirdə 12 cüdoçu (8 oğlan, 4 qız) ilə təmsil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti