...

Basketbolçuların yarışlarında B qrupunda mübarizəyə yekun vurulub

İdman Materials 24 İyul 2019 20:14 (UTC +04:00)
İyulun 24-də XV Avropa Gənclər Yay Olimpiya Festivalının basketbol yarışlarında həm oğlanların, həm də qızların mübarizəsində B qrupunun görüşləri başa çatıb.
Basketbolçuların yarışlarında B qrupunda mübarizəyə yekun vurulub

Bakı. Trend:

İyulun 24-də XV Avropa Gənclər Yay Olimpiya Festivalının basketbol yarışlarında həm oğlanların, həm də qızların mübarizəsində B qrupunun görüşləri başa çatıb.

Trend-in məlumatına görə, oğlanların yarışında İspaniya basketbolçuları litvalı rəqiblərini 94:84 hesabı ilə məğlub ediblər. Qızların yarışında isə Çexiya seçməsi Polşa millisindən üstün olub – 80:51.

Xatırladaq ki, oğlanların mübarizəsində B qrupunun daha əvvəl başa çatan görüşündə Yunanıstan millisi Türkiyə yığmasına 67:62 hesabı ilə qalib gəlib. Qızların yarışında isə B qrupunun digər görüşündə Macarıstan basketbolçuları Türkiyə təmsilçilərini böyük fərqlə - 62:39 hesabı ilə məğlub ediblər.

Beləliklə, oğlanların yarışında B qrupuna 6 xalla İspaniya yığması başçılıq edir. Müvafiq olaraq, sonrakı pillələrdə qərarlaşan Türkiyə, Litva və Yunanıstan seçmələrinin hər birinin aktivində 4 xal var.

Qızların mübarizəsində isə hər üç oyunda qalib gələn Çexiya yığması 6 xalla liderdir. Macarıstan seçməsi 5, Polşa yığması 4, Türkiyə millisi isə 3 xal toplayıblar.

Hazırda hər iki kateqoriyada A qrupunda yer alan komandalar üz-üzə gəliblər.

Festivalda qızların yarışı Avropa Azərbaycan Məktəbində, oğlanların yarışı isə “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti