...

Avstraliya gimnastı: Ümid edirəm ki, bizdə də bu cür gözəl zallar olacaq

İdman Materials 17 Sentyabr 2019 14:17 (UTC +04:00)
Bakıya məmnuniyyətlə və üzümdə təbəssümlə gəlirəm
Avstraliya gimnastı: Ümid edirəm ki, bizdə də bu cür gözəl zallar olacaq

Bakı. Cani Babayeva - Trend:

Bakıya məmnuniyyətlə və üzümdə təbəssümlə gəlirəm.

Bunu Trend-ə Avstraliya gimnastı Aleksandra Kiroy-Boqatıryova dünya çempionatının təsnifat yarışlarında çıxışından sonra deyib.

O, öz çıxışından razı qaldığını bildirib:

“Dünya çempinatının təşkili möhtəşəmdir, zal gözəldir, tamaşaçıların dəstəyi əladır”.

Gimnast əlavə edib ki, Avstraliyada gimnastika populyar deyil:

“Ümid edirəm ki, Avstraliyada da nə vaxtsa bu cür gözəl zallar və və yüksək səviyyəli mütəxəssislər olacaq”.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı 16-22 sentyabrda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti