...

Bədii Gimnastika üzrə Dünya Çempionatının üçüncü günü Azərbaycan gimnastları üçün necə başa çatıb? (FOTO)

İdman Materials 18 Sentyabr 2019 22:47 (UTC +04:00)
Azərbaycan gimnastları Zöhrə Ağamirova, Veronika Qudis və Məryəm Səfərova Bakıda keçirilən 37-ci Bədii Gimnastika üzrə Dünya Çenmpionatı çərçivəsində öz proqramlarını lentlə hərəkətlərdə təqdim ediblər
Bədii Gimnastika üzrə Dünya Çempionatının üçüncü günü Azərbaycan gimnastları üçün necə başa çatıb? (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Azərbaycan gimnastları Zöhrə Ağamirova, Veronika Qudis və Məryəm Səfərova Bakıda keçirilən 37-ci Bədii Gimnastika üzrə Dünya Çenmpionatı çərçivəsində öz proqramlarını lentlə hərəkətlərdə təqdim ediblər.

Trend-in məlumatına görə, lentlə hərəkətlərdə Zöhrə Ağamirova 18.700 bal, Veronika Qudis 17.150 bal, Məryəm Səfərova isə - 10.450 bal toplayıblar.

Çoxnövçülüyün təsnifatının bu gün üçün olan nəticələrinə əsasən, Zöhrə Ağamirova 22-ci yerdə (57.650 bal), Veronika Qudis isə 39-cu yerdə (51.800 bal) qərarlaşıblar.

Məryəm Səfərova Bədii Gimnastika üzrə Dünya Çempionatında yalnız lentlə hərəkətlərdə çıxış edir.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti