...

Bədii gimnastika üzrə Azərbaycan və Bakı birinciliyinin son günü başlayıb (FOTO)

İdman Materials 13 Oktyabr 2019 13:22 (UTC +04:00)
Bu gün Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Birinciliyi və 6-cı bölgələrarası kuboku yarışlarının son günü başlayıb
Bədii gimnastika üzrə Azərbaycan və Bakı birinciliyinin son günü başlayıb (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Bu gün Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Birinciliyi və 6-cı bölgələrarası kuboku yarışlarının son günü başlayıb.

Trend-in məlumatına görə, bədii gimnastika üzrə bölgələrarası kuboku yarışlarının çərçivəsində "balacalar" yaş kateqoriyasında (2009-2011-ci il təvəllüdlü) idmançılar alətsiz və gürzlərlə çıxış edəcəklər, "yeniyetmələr" (2007-2008) yaş kateqoriyasında gimnastlar alətsiz və topla çıxış edəcəklər.

Yarışlar çərçivəsində "gənclər" (2004-2006) yaş kateqoriyasında olan bədii gimnastlar ip, top, gürzlər və lentlə cıxış edəcəklər.

Qeyd edək ki, oktyabrın 10-da bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, 6-cı bölgələrarası kubok və aerobika gimnastikası üzrə 5-ci ölkə birinciliyi və paytaxt çempionatına start verilib.

Dördgünlük yarışda gimnastlar "gənclər", "yeniyetmələr", "uşaqlar" və "balacalar" yaş qruplarında medallar uğrunda mübarizə aparacaqlar.

Xəbər lenti

Xəbər lenti