...

"Liverpul" tarixində ilk dəfə Klublararası Dünya Çempionatının qalibi olub

İdman Materials 22 Dekabr 2019 01:55 (UTC +04:00)
Bu gün Qətərdə Klublararası Dünya Çempionatının final oyunu keçirilib
"Liverpul" tarixində ilk dəfə Klublararası Dünya Çempionatının qalibi olub

Bakı. Trend:

Bu gün Qətərdə Klublararası Dünya Çempionatının final oyunu keçirilib.

Trend-in məlumatına görə, finalda İngiltərənin "Liverpul" klubu ilə Braziliyanın "Flamenqo" klubu qarşılaşıblar.

Oyunun əsas vaxtı 0:0 hesabı ilə yekunlaşıb. Uzatmalara gedən oyun Roberto Firminonun 99-cu dəqiqədə vurduğu qolla "Liverpul"un qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Liverpul" tarixi ərzində ilk dəfə Klublararası Dünya Çempionatının qalibi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti