...

İngiltərə çempionatında "Liverpul" "Mançester Yunayted"i məğlub edib

İdman Materials 19 Yanvar 2020 23:46 (UTC +04:00)
Futbol üzrə İngiltərə Premyer Liqasının 23-cü turunda "Liverpul" "Mançester Yunayted"i qəbul edib
İngiltərə çempionatında "Liverpul" "Mançester Yunayted"i məğlub edib

Bakı. Trend:

Futbol üzrə İngiltərə Premyer Liqasının 23-cü turunda "Liverpul" "Mançester Yunayted"i qəbul edib.

Trend-in məlumatına görə, "Enfild" stadionunda keçirilən oyun ev sahiblərinin 2:0 qələbəsi ilə başa çatıb.

Hesabı 14-cü dəqiqədə Virgil van Deyk açıb. 93-cü dəqiqədə qapıçı Alissonun ötürməsindən sonra Məhəmməd Salah fərqlənib.

"Liverpul" İngiltərə çempionatının cari mövsümündə məğlubiyyətsiz seriyanı 22 matça qədər uzadıb (21 qələbə, 1 heç-heçə).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti